Ukraynanın "SkyUp" aşağıbüdcəli aviaşirkəti 2021-ci ildə Zaporojye və Xarkov şəhərlərindən Bakıya reyslərə başlaya bilər.
“Ukrayna Dövlət Aviasiya Xidmətinin komissiyası noyabrın 26-da keçirilən iclasda "SkyUp" aviaşirkətinin Zaporojye və Xarkovdan Bakıya uçuşlarının yerinə yetirilməsi ilə bağlı sorğunu təsdiq edib”. – komissiyanın məlumatında qeyd olunur. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Qərara əsasən, “SkyUp” tərəfindən həftədə iki dəfə Zaporojye-Bakı-Zaporoje və Xarkov-Bakı-Xarkov marşrutu ilə uçuşlara icazə əldə edib.
Bu marşrutlara icazə qeyri-məhdud müddətə təqdim olunur və 2021-ci il martın 28-dən qüvvəyə minir.
"SkyUp Airlines" 2016-cı ildə təsis olunub və 2018-ci ilin may ayından uçuşlara başlayıb. “Borispol” beynəlxalq aeroportda yerləşir. Əsas istiqamətlər – Yaxın Şərq, Şimali Afrika, Avropadır. **
N.Abbasova