Dağlıq Qarabağda atəşkəs rejiminin monitorinqi üzrə Azərbaycan ərazisində yaradılan birgə mərkəzdə Rusiya və Türkiyənin nümayəndələrinin sayı bərabər olacaq. Bu barədə RF Müdafiə Nazirliyindən məlumat verilir.
“Birgə mərkəzin təşkilat strukturunda rusiyalı və türk personalınımn sayı bərabər olacaq”, - RF MN-nin rəsmi nümayəndəsi İqor Konaşenkov çərşənbə axşamı brifinqdə bildirib.
Mərkəz Azərbaycan ərazisində yerləşəcək. **