Azərbaycanın energetika naziri Pərviz Şahbazov OPEC+ ölkələri nazirlərinin 12-ci görüşündə iştirak edəcək.
“Dekabrın 1-də keçirilməsi nəzərdə tutulan OPEC+ ölkələri nazirlərinin 12-ci görüşünün vaxtı 3dekabr tarixinədəyişdirilib. Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da OPEC+ ölkələri nazirlərininmüzakirələrində iştirakı gözlənilir, - Energetika Nazirliyinin mətbuat xidməti məlumat verir.
Görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirləri tərəfindən“Əməkdaşlıq Bəyannaməsi”ndən irəli gələn məsələlər üzrə müzakirələr keçiriləcək. **
N.Abbasova