Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağda əməkdaşlarının sayını və regionda fəaliyyətinin maliyyələşdirilməsini artırmaq niyyətindədir, bu əsirlərin dəyişdirilməsi və həlak olanların cəsədlərinin mübadiləsi prosesinə yardım etməlidir. Bu barədə RF XİN başçısı Sergey Lavrov deyib.
“Qırmızı Xaç Qarabağa öz əməkdaşlarını artıq qaytarıb, regionda, həmçinin İrəvanda, Bakıda, həm də Qarabağın özündə iştirakını 400 nəfərədək artırmağı, o cümlədən, bu regionda fəaliyyətinin maliyyələşdirilməsi üçün sorğularını mühüm dərəcədə - 45 milyon İsveçrə frankına qədər artırmağı planlaşdırır”, - Lavrov çərşənbə axşamı mətbuat konfransında bildirib. **