Çərşənbə axşamı Rusiya sülhməramlıları Ermənistan ərazisindən Dağlıq Qarabağa qayıdan ermənilərin olduğu növbəti avtobusları müşayiət edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verir.
Vurğulanıb ki, sülhməramlı kontingentin patrulunun müşayiəti ilə 1168 nəfər İrəvandan avtobusla gətirilib.
Ümumilikdə 27 mindən artıq erməni Dağlıq Qarabağa daimi yaşayış yerlərinə qayıdıb. **