Çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindənməlumat verilir.
“Nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Çavuşoğlu bəyanata uyğun olaraq, Ağdam və Kəlbəcər rayonlarının ardınca Laçın rayonunun azad olunması münasibətilə təbriklərini bildirib. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış bəyanatın yerinə yetirilməsinin vacib olduğunu qeyd edib”, - məlumatda qeyd olunur.
Məlumata əsasən, nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə ediblər. **
Ə.Məmmədov