Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) fondun mövcud kredit portfeli üzrə kredit faizlərinin və zəmanət verilmiş kreditlərin və faizlərinin subsidiyalaşdırılmasının uçotunun təşkili məqsədi ilə proqram təminatının yaradılması üçün şirkət seçir. Bu barədə fondun elanında deyilir.
Seçim kotirovka sorğusu metodu ilə keçirilir.
Təkliflər 4 dekabr saat 12:00-dək qəbul olunur.
Telefon: (012) 310 23 02. Əlaqələndirici şəxs Taleh Əliyev.
1 avqust 2018-ci il tarixində prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilir. İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilir.
Fondun nizamnamə kapitalı 1 milyard 94 milyon 254,581 min manatdır.*
Ə.Məmmədov