Fransa parlamentinin üzvlərinin Dağlıq Qarabağ bölgəsinə səfəri rəsmi Bakı ilə razılaşdırılmalıdır, əks təqdirdə onlara qarşı sanksiyalar tətbiq olunacaq. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
“Azərbaycan Respublikasının onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suveren ərazisinə edilən səfərlər ilə bağlı rəsmi mövqeyi bəllidir və bu mövqe dəyişilməz olaraq qalır. Azərbaycan ərazisinə, o cümlədən onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan Hökuməti ilə razılaşdırılmalıdır”, - deyə o, Fransa parlamentinin bir qrup üzvünün Ermənistan və Dağlıq Qarabağa səfər edəcəyi, eləcə də burada görüşlər keçirərək, mövcud olan humanitar vəziyyəti yerindəcə qiymətləndirməyi planlaşdırması ilə bağlı məlumatı belə şərh edib.
L.Abdullayeva əlavə edib ki, Azərbaycanın qanunvericiliyini pozan şəxslər müvafiq sanksiyalarla üzləşirlər və onların gələcəkdə Azərbaycan ərazisinə səfərləri məhdudlaşdırılır.*
R.Əhmədov