2020-ci il noyabrın 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $6 milyard 411,5 milyon təşkil edir. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə AMB-nin məlumatında deyilir.
2019-cu ilin sonuna AMB-nin valyuta ehtiyatları $6 milyard 258 milyon təşkil edib. Beləliklə, 2020-ci ilin yanvar-noyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 2,5% artıb.
Noyabrda Mərkəzi Bankın valyuta ehtiyatları 0,9% və ya $56,3 milyon azalıb.
2019-cu ildə AMB-nin valyuta ehtiyatları 11,2% artıb.*
Ə.Məmmədov