2020-ci il noyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 11 milyard 803,6 milyon manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
30 dekabr 2019-cu il tarixinə pul bazasının həcmi 12 milyard 152,5 milyon manat təşkil edib. Beləliklə, 2020-ci ilin yanvar-noyabr aylarında pul bazası 2,9% azalıb.
Noyabr ayında pul bazası 300 milyon manat və ya 2,5% azalıb.
2019-cu ildə Azərbaycanda pul bazası 27,3% artıb.*
Ə.Məmmədov