Azərbaycanda koronavirus infeksiyasına daha 3 942 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 129 min 544-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib, ölənlərin ümumi sayı 1470 nəfərə çatıb.
Virusa yoluxmuş 79 min 162 nəfər (sutka ərzində +2265) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 48 min 912 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 411, ötən müddət ərzində isə ümumilikdə 1 milyon 763,609 min test aparılıb.*
X.Nəsirzadə