2020-ci ilin yanvar-oktyabr aylarında 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $808,522 milyon təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
"2020-ci ilin yanvar-oktyabr aylarının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($114,6 milyon), özəl şirkətlər arasında isə “SOCAR Polymer” ($86,9 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub", - deyə məlumatda bildirilir.
Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına "AzerGold" QSC ($88,2 milyon), "Azəralüminum" MMC ($74,2 milyon), "Azərenerji" ASC ($56 milyon), «Azərpambıq Aqrar Sənaye Kompleksi» MMC ($23,8 milyon), "Azərbaycan Hava Yolları" ($5,7 milyon), «Azərtütün Aqrar Sənaye Kompleksi» MMC ($1,3 milyon), «Azərbaycan İES» MMC ($822 min), Naxçıvan Dövlət Energetika Xidməti ($773 min) və «Caspian Drilling Company» MMC ($427 min) daxildir.
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə “Azerbaijan International Mining Company” ($85,7 milyon), «Land Lojistic» MMC ($71,1 milyon), "MKT İstehsalat Kommersiya" MMC ($54,2 milyon), "Sun Food" MMC ($27 milyon), "Global Trade Group" MMC ($28,7 milyon), “Fruit Store” MMC ($24,5 milyon), "Baku Steel Company" MMC ($24 milyon), “AQROVEST” MMC ($20,5 milyon) və “Fruit City Group” ($20,1 milyon) daxildir.
Azərbaycan 2020-ci ilin yanvar-oktyabr aylarında $1,4 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib.*
N.Abbasova