Bu gün Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub.
“Tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr tarixli bəyanatının icra edilməsinin gedişatını, həmçinin gündəlikdə duran regional və beynəlxalq məsələləri müzakirə ediblər”, - deyə RF Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş məlumatda bildirilir.*