“Azərişıq”ASC müxtəlif tipli sayğacların satın alınması məqsədilə podratçı seçir.
Seçim açıq tender üsulu ilə keçirilir. Tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
İştirak haqqı – 2 min manatdır.
Əlaqələndirici şəxs - Ramin Şıxıyev, əlaqə üçün telefon: 440-39-93 daxili (28-26).
Şirkətlərdən tender təklifləri 2021-ci il yanvarın 28-də saat 16:00-dək qəbul olunur. Tender proseduru yanvarın 29-da saat 16:00-da baş tutacaq.
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.**
B.Rüstəmbəyov