“Azərişıq” ASC mobil tətbiqi dəstək edən kart oxuyucuların satın alınması məqsədilə şirkət seçir.
Seçim açıq tender üsulu ilə keçirilir. Tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
İştirak haqqı – 300 manat
Şirkətlərdən tender təklifləri 2021-ci il yanvarın 11-də saat 16:00-dək qəbul olunur. Tender proseduru yanvarın 12-də saat 16:00-da baş tutacaq.
Əlaqələndirici şəxs - Orxan İbrahimov, telefon: 440-39-93 daxili (28-15)
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.**
B.Rüstəmbəyov