Azərbaycan Sənaye Korporasiyasının törəmə müəssisəsi olan “Azəripək” MMC strateji planın hazırlanması məqsədilə məsləhətçi seçir. Bu barədə “İnterfaks-Azərbaycan”a MMC-dən məlumat verilib.
Seçim açıq tender üsulu ilə keçirilir. İştirak haqqı – 300 manatdır ($177).
Tenderdə lazımi texniki və maliyyə imkanları olan şirkətlər iştirak edə bilər.
Tenderdə iştirak etmək istəyən şirkətlər 2021-ci il yanvarın 14-də saat 17:00-dək təkliflərini təqdim etməlidirlər. Tender proseduru yanvarın 15-də baş tutacaq. **
Ə.Məmmədov