“Azərişıq” ASC MP106 və MP306 tipli Paudraad SMART kart tipli sayğacların kart oxuyucularının satın alınması üçün podratçı seçir
Seçim açıq tender üsulu ilə keçirilir. Tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
İştirak haqqı – 300 manat
Şirkətlərdən tender təklifləri 2021-ci il yanvarın 11-də saat 16:00-dək qəbul olunur. Tender proseduru yanvarın 12-də saat 16:00-da baş tutacaq.
Əlaqələndirici şəxs - Ramin Şıxıyev, telefon: 440-39-93, daxili (28-26)
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.**
B.Rüstəmbəyov