Azərbaycanın müdafiə naziri Zakir Həsənov Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradov ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindənməlumat verilir.
“Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb. Görüşdə Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub”, - məlumatda qeyd olunur. **
X.Nəsirzadə