Sentyabrın 27-dən Dağlıq Qarabağ müharibəsi zonasında Azərbaycanın 2783 nəfər hərbi qulluqçusu həlak olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Hazırda 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir”, - nazirlikdən vurğulanır.
MN-nin məlumatına görə, 100 nəfərdən artıq hərbi qulluqçu itkin düşmüş hesab olunur. Hazırda onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür.
“Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir”, - nazirlikdən qeyd olunur. **
A.Əzizov