Dekabr ayında“Ukrayna Beynəlxalq Hava Yolları” (UIA)aviaşirkəti Bakı-Kiyev marşrutu üzrə üç çarter reysi yerinə yetirəcək.
“Uçuşlar dekabrın 14-dən 28-dək həftədə bir dəfə - bazar ertəsi həyata keçiriləcək. Reyslərə Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək”, - Heydər Əliyev Beynəlxalq Aeroportdan məlumat verilir.
Qeyd edilən çarter uçuşları yalnız Ukrayna vətəndaşlığı və ya Ukraynaya giriş hüququ olan, həmçinin COVID-19 testindən keçərək mənfi nəticə əldə edən sərnişinlərin daşınması üçün nəzərdə tutulub.**
B.Rüstəmbəyov