RF, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ üzrə razılaşması 30 il davam edən regional böhrana son qoymaq imkanı verir. Bu barədə cümə axşamı Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bəyan edib.
“İndi Azərbaycan, Ermənistan və Rusiya arasında bu yaxınlarda imzalanan razılaşma əsasında 30 ildən sonra sülh üçün real şans var. Bu, əlbəttə ki, həm regional sabitliyə, həm də Türkiyə ilə Ermənistan arasında münasibətlərə müsbət təsir edəcək”, - o, ATƏT-in Nazirlər Şurasının iclasında qeyd edib.
Həmçinin, nazir ATƏT-in Minsk qrupunu və xüsusilə qurumun həmsədrlərini regionda münaqişənin danışıqlar yolu ilə həllini pozacaq hərəkətlərdən çəkinməyə çağırıb. **