Azərbaycanda koronavirus infeksiyasına daha 4 189 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 133 min 733-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib, ölənlərin ümumi sayı 1 510 nəfərə çatıb.
Virusa yoluxmuş 81 min 234 nəfər (sutka ərzində +2072) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 50 min 989 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 609, ötən müddət ərzində isə ümumilikdə 1 milyon 781,218 min test aparılıb.**
X.Nəsirzadə