Azərbaycan Dövlət Neft Fondu (ARDNF) əməkdaşlarının könüllü tibbi sığortası üçün sığorta şirkətinin seçimi üzrə kotirovka sorğusu elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Təkliflərin qiymətləndirilməsi zamanı texniki və maliyyə imkanlarının olması kimi meyarlara üstünlük veriləcək.
Təkliflər dekabrın 14-dək qəbul olunacaq. Tender proseduru dekabrın 15-də baş tutacaq.*
Ə.Məmmədov