Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bu gün bir dəqiqəlik sükutla yad edilib.
Bununla əlaqədar saat 12:00-da gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanında olub. Dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil, birinci xanım Mehriban Əliyeva gül dəstəsi qoyublar.
Müdafiə Nazirliyinin məlumatına görə, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. 100 nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş hesab olunur. Erməni təxribatı nəticəsində isə 94 dinc sakin həlak olub.*
X.Nəsirzadə