Azərbaycanda koronavirus infeksiyasına daha 4 267 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 138 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib, ölənlərin ümumi sayı 1551 nəfərə çatıb.
Virusa yoluxmuş 83 min 800 nəfər (sutka ərzində +2566) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 52 min 649 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 808, ötən müddət ərzində isə ümumilikdə 1 milyon 797,026 min test aparılıb.*
X.Nəsirzadə