Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov bu gün telefonla Dağlıq Qarabağda nizamlanma ilə bağlı vəziyyəti müzakirə ediblər.
"Tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 9-da imzaladıqları bəyanatın müddəalarının icrasını, o cümlədən Rusiya sülhməramlıları ilə qarşılıqlı fəaliyyəti, həmçinin ikitərəfli əməkdaşlığın aktual mövzularını və beynəlxalq gündəlikdə duran ayrı-ayrı məsələləri müzakirə ediblər", - deyə RF XİN-in məlumatında bildirilir.*