32 minə yaxın erməni rusiyalı sülhməramlıların köməyi ilə Dağlıq Qarabağa qayıdıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Sutka ərzində daha 1 244 nəfər Qarabağa qayıdıb, sülhməramlı əməliyyatın həyata keçirildiyi müddət ərzində isə 31 917 nəfərin təhlükəsiz qayıdışı təmin edilib.
Rusiya sülhməramlıları vətəndaşların daimi yaşayış yerlərinə təhlükəsiz şəkildə qayıtmasını təmin edir, humanitar yardım göstərir, mülki və mühəndis infrastruktur obyektlərini bərpa edirlər.
"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində vəziyyətin fasiləsiz monitorinqini aparır. Bütün təmas xəttində atəşkəs rejiminə əməl olunur", - deyə Müdafiə Nazirliyindən bildiriblər.
Rusiya sülhməramlıları Dağlıq Qarabağ ərazisinin partlayış təhlükəli əşyalardan təmizlənməsini davam etdirirlər - artıq 58 hektara yaxın ərazi təmizlənib.
"Rusiya Federasiyasının sülhməramlı qüvvələri ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin qarşılıqlı fəaliyyəti əsasında həlak olanların meyitlərinin axtarışı və təhvil verilməsi həyata keçirilir. İtkin düşmüş münaqişə iştirakçıları haqqında məlumatların toplanması üçün "Qaynar xətt" yaradılıb və artıq 200-dən çox müraciət daxil olub", - deyə məlumatda qeyd olunur.*