Azərbaycanda koronavirus infeksiyasına daha 4 356 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 146,679 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib, ölənlərin ümumi sayı 1632 nəfərə çatıb.
Virusa yoluxmuş 88 min 497 nəfər (sutka ərzində +2 517) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 56 min 550 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 197, ötən müddət ərzində isə ümumilikdə 1 milyon 837,001 min test aparılıb.*
Ə.Məmmədov