Azərbaycanınxarici işlər naziri Ceyhun Bayramov 9 dekabr tarixində Tehrana rəsmi səfər edəcək. Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bazar ertəsi mətbuat konfransında məlumat verib.
“Bayramov İranın rəsmi şəxsləri ilə gprüş məqsədilə çərşənbə günü Tehrana səfər edəcək”, - İranın “Mehr” agentliyi Xətibzadənin sözlərindən sitat gətirib.
Azərbaycn XİN başçısı səfər çərçivəsində İran prezidenti Həsən Ruhani, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşlər keçirəcək. **
N.Abbasova