“Belneftexim” konserni noyabr-dekabr aylarında “Drujba” ilə neft nəqlinin dayandırılmasını Odessadan Mozırsk NEZ-ə nəql olunan Azeri Light neftinin spot tədarükü ilə izah edib.
“Bu halda söhbət Azeri Light yüngül nüftin spot tədarükündən gedir, noyabr və dekabr aylarında – hər ay 80 min ton həcmində. Hazırki vəziyyətdə yüngül neftdən istifadə - şəffaf neft məhsullarının istehsalının ən səmərəli artırılması üsuludur”, - “Belneftexim”in mətbuat katibi Aleksandr Tişenko jurnalistlərə bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir. **