Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının işğalı nəticəsində Ermənistan Azərbaycanın tarixi, mədəni və dini irsini planlı şəkildə məhv edib. Bu barədə Azərbaycan Mədəniyyət Nazirliyi məlumat verir.
Xüsusilə nazirlik diqqəti 1993-cü ildə Füzuli rayonunun Ermənistan tərəfindən işğalından sonra Hacı Ələkbər məscidinin yararsız hala düşməsinə yönəldib.
“Füzuli rayonu işğal olunandan sonra Ermənistan hicri tarixi ilə 1307-ci ildə (1889-1890-cı illərdə) inşa edilən Hacı Ələkbər məscidini dağıdıb”, - nazirliyin məlumatında qeyd olunur.
Bildirilir ki, Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın ilkin işlərindəndir. Məscidin giriş qapısı üzərindəki daş kitabədə “Memar Kərbalayı Səfixan Qarabağinin işidir” – sözləri yazılmışdır. **
X.Nəsirzadə