Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi dörd zabitə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, polkovnik Ağamir Sultanova, polkovnik Anar Kərimova, polkovnik Namiq İslamzadəyə və polkovnik Zaur Məmmədova general-mayor ali hərbi rütbəsi verilib.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub. **
X.Nəsirzadə