Milli Məclisin dekabrın 11-də keçiriləcək iclasında ölkə prezidentinin dekabrın 12-dən hərbi vəziyyətin ləğv olunması haqqında fərmana baxılması planlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan”a parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənməlumat verilib.
“Dekabrın 12-də saat 00.00-dan Azərbaycanda hərbi vəziyyətin ləğv olunması planlaşdırılır. Dekabrın 11-də parlamentin keçiriləcək iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarına baxılacaq”, - Milli Məclisdən qeyd ediblər.
Sentyabrın 27-dən Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların başlaması ilə əlaqədar sentaybrın 28-dən Azərbaycanda Hərbi vəziyyət elan olunub. **
A.Əzizov