Rusiya Dağlıq Qarabağda humnaitar reaksiya mərkəzini beynəlxalq etməyi, onun fəaliyyətinə Azərbaycan və Ermənistanı daxil etməyi təklif edir. Bu barədə RF XİN başçısı Sergey Lavrov bəyan edib.
“Biz, o cümlədən humanitar reaksiya mərkəzinin yaradılması ilə bağlı məsələlər barədə danışdıq – bu, prezident Putinin təşəbbüsüdür. Biz bu mərkəzi, Ermənistan və Azərbaycanın iştirakı ilə beynəlxalq etməyi təklifetdik, hazırda bu təşəbbüslə əlaqədar məsələlər müzakirə olunur, bunun reallaşdırılmasında Rusiyanın çox sayda nazirlik və idarələri iştirak edəcək”, - Lavrov bildirib.
Onun sözlərinə görə, humanitar mərkəzin transformasiyasına dair sənədlər “hazırda aidiyyəti strukturların xətti ilə müzakirə olunur”. **