Regionda vəziyyət sabitləşəndən sonra və ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə səfərinin yekunları üzrə Qarabağ nizamlanması məsələlərinə dair Ermənistan və Azərbaycan arasında danışıqlar başlanıla bilər. Bu barədə Ermənistan XİN başçısı Ara Ayvazyan bəyan edib.
“Ermənistan, Rusiya və Azrbaycan rəhbərlərinin Qarabağ üzrə bəyanatı atəşin və qan tökülməsinin dayandırılması mənasında çox mühümdür. Həmin sənəddə qaçqınların qayıtması və digər məsələlərə dair müəyyən parametrlər var ki, onlar Qarabağ münaqişəsinin həllinə dair əsas parametrləri müəyyən edir. Vəziyyət sabitləşəndən dərhal sonra hər şeyi əhatə edən danışıqlar üçün əsas prioritet məsələlər qalmaqdadır”, - Ayvazyan bazar ertəsi Moskvada RF XİN başçısı ilə danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, yaxın zamanda ATƏT-in Minsk qrupunun regiona səfəri və vasitəçilər və Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında məsləhətləşmələrin başlanması gözlənilir. Bunun nəticəsində “yeni danışıqlar prosesinin başlanması üçün təməl hazırlamaq mümkün olacaq”. **