Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi və Xarici Kəşfiyyat Xidmətinin rəisinə general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncamlar imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilib. Həmçinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanova general-polkovnik ali hərbi rütbəsi verilib.
Sərəncamların mətni dövlət başçısının saytında dərc olunub. **
N.Abbasova