Qətərdə keçiriləcək DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
Bazar ertəsi baş tutan püşkatmaya əsasən, Azərbaycan yığması A qrupunda yer alıb.
Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq Azərbaycan yığmasının rəqibləri olub.
Seçmə turnirdə 10 qrupa bölünən 55 yığma komanda iştirak edəcək.
Seçmə turnirin 2021-ci il martın 24-də start götürməsi və oktyabrın 16-da başa çatması planlaşdırılır. 2022-ci il martın 24,25,28 və 29-da pley-off mərhələsi təşkil olunacaq.
DÇ-2022-nin final oyunları isə noyabrın 21-dən dekabrın 19-dək Qətərdə keçiriləcək. **
A.Əzizov