2019-cu ildə “Azəristiliktəchizat” ASC-nin aktivləri 3,5% - 187 milyon 852,059 min manatadək artıb.
Bu məlumatlar rəsmi mətbuatda dərc olunan ASC-nin 2019-cu il üzrə maliyyə hesabatına dair birləşdirilmiş hesabatında verilir.
2016-cı ilin sonuna bölüşdürülməmiş ümumi zərəri 117 mln. 283,066 min manat təşkil edir, bu da ötən ilin əvvlinə olan göstəricidən 21,5% çoxdur.
Ötən il “Azəristiliktəchizat”ın uzunmüddətli aktivləri 0,7% - 157 mln. 132,82 min manatadək azalıb, qısamüddətli aktivləri isə 31,9% - 30 mln. 719,239 min manatadək artıb.
2020-ci il yanvarın 1-nə cəmiyyətin kapitalı 138 mln. 883,98 min manata bərabərdir (azalma 11,7%). Cari ilin əvvəlinə nizamnamə kapitalı 136 mln. 684,98 min manat təşkil edib (dəyişməyib), kapital ehtiyatları – 91 milyon 778,823 min manat (artım 3,5%), toplanmış zərəri – 89 milyon 579,823 min manat (artım 31,4%) təşkil edib.
2020-ci il yanvarın 1-nə səhmdar cəmiyyətin öhdəlikləri 48 mln. 968,079 min manat olub (artım 2 dəfə). Bununla belə, cari ilin əvvəlinə vergi və digər öhdəliklər üzrə ayırmalar 694,293 min manat təşkil edib (artım 1,9 dəfə).
“Azəristiliktəchizat” ASC 2004-cü ildə yaradılıb və istilik təchizatı sahəsində inhisarçıdır. **
N.Abbasova