2021-ci ilin yanvar ayında “FinEx Kredit BOKT” ASC-nin səhmdarları istiqrazların buraxılışı ilə bağlı məsələni müzakirə edəcəklər. Bu barədə BOKT-nin elanında qeyd olunur.
“23 yanvar 2021-ci il tarixində səhmdarlar ümumi yığıncaqda istiqrazların yeni emissiyasının buraxılışını müzakirə edəcəklər”, - məlumatda deyilir.
Bundan başqa, səhmdarlar həmçinin 2020-ci il ərzində BOKT-nin yekunları, 2021-ci il büdcə və proqnoz göstəriciləri, nizamnamə kapitalının strukturu və təşkilatın fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə edəcəklər.
“FinEx Kredit BOKT” ASC 2013-cü ildə qeydiyyata alınıb. Həmin ilin oktyabr ayından etibarən kredit fəaliyyətinə başlayıb. Təşkilatın səhmdarları bir hüquqi və 2 fiziki şəxsdir. **
X.Nəsirzadə