Dekabrın 10-da Bakıda keçiriləcək Qələbə paradında Ermənistana məxsus qənimət götürülən hərbi texnikası nümayiş etdiriləcək, tədbirdə erməni hərbi əsirləri göstərmək planlaşdırılmır. Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov bəyan edib.
“Mən, əlbəttə ki, bu xəbəri təkzib edirəm (paradda erməni hərbi əsirlərinin göstərilməsi barədə - İF). Biz Cenevrə konvensiyalarının hamısına riayət edirik. Erməni hərbi əsirləri onları nə vaxt “hamını hamıya” prinsipi ilə dəyişdiriləcəklərini gözləyirlər. Onlar özlərini çox yaxşı hiss edirlər. Beləliklə, bizdə hər şey sivil formadadır”, - Axundov bu gün Rusiyanın “Perviy” telekanalında “Vremya pokajet” verilişinin efirində bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Onun sözlərinə görə, dekabrın 10-da Bakıda keçiriləcək Qələbə paradı Azərbaycanın nasist Ermənistan üzərində qələbəsi münasibətilə keçirilir. “Əfsuslar olsun ki, erməni xalqı nasizmin qurbanıdır. İrəvanın mərkəzində Tsexakron ideologiyasının yaradıcısı Njdeyə 6 metrlik abidə ucaldılıb. Tsexakron rus dilinə tərcümədə nasizm deməkdir. Bu səbəbdən, biz nasist və etnik təmiz, monomilli Ermənistan üzərində qələbəni qeyd edirik, həmçinin, bununla erməni xalqına nasizmdən yaxa qurtarmağa yardım edirik”.
Axundov qeyd edib ki, paradda 3 minə yaxın hərbi qulluqçu iştirak edəcək, Azərbaycan Ordusunun müasir hərbi texnikası nümayiş olunacaq. “Hərbi əməliyyatlar zamanı hamı gördü ki, Azərbaycan Ordusu – 21-ci əsrin ordusudur. Bundan başqa, biz paradda Ermənistana məxsus qənimət götürülən hərbi texnikasını nümayiş etdirəcəyik”, -o vurğulayıb.
Sektor müdiri əlavə edib ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan paradda iştirak səfərə gələcək. “O (Türkiyə prezidenti - İF) sabah Bakıya səfərə gəlir, dekabrın 10-da isə paradda iştirak edəcək. Həmçinin, paradda xarici dövlətlərin səfirlərinin iştirakı planlaşdırılır”, - Axundov qeyd edib. **
A.Əzizov