Ahmet Demirok Türkiyənin Azərbaycanda yeni səfiri olacaq. Bu barədə Türkiyə mətbuatı məlumat verir.
KİV-in məlumatına görə, Demirok bu postda Bakıda diplomatik missiyası başa çatan Erkan Özoralı əvəz edəcək.
Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni səfirlərin və konsulların siyahısını təsdiq edib.
Öncədən Demirok Türkiyənin Qətərdə diplomatik missiyasına rəhbərlik edib. **
N.Abbasova