ABŞ Müdafiə Nazirliyinin hərbi əməkdaşlıq üzrə agentliyi 30 sentyabr tarixində başa çatan 2020-ci maliyyə ilində Amerikanın ixracına dair ümumi rəsmi məlumatları açıqlayıb.
Ümumilikdə, Vaşinqton $50 milyarddan artıq məbləğdə sazişlər imzalayıb.
ABŞ-dan Azərbaycana hərbi texnika tədarükü $509 min təşkil edib.
2019-cu il oktyabrın 1-dən 2020-ci il sentyabrın 30-dək dövr ərzində keçmiş SSRİ ölkələrindən daha çox Ukraynaya hərbi texnika tədarük olunub - $510,599 milyon dəyərində.
Bundan başqa, 2020-ci ildə postsovet məkanın digər respublikalarına da hərbi texnika tədarükü həyata keçirilib: Litvaya ($136,5 milyon), Gürcüstana ($62,8 milyon), Latviyaya ($38,1 milyon), Moldovaya ($11,5 milyon), Türkmənistana ($1,3 milyon), Qazaxıstana ($1 milyon), Estoniyaya ($610 min), Ermənistana ($2 min). **
R.Əhmədov