Çərşənbə günü Azərbaycan XİN başçısı Ceyhun Bayramov İran İslam Respublikasına səfərə gəlib. Bu barədə “İnterfaks-Azərbaycan”a XİN-dən məlumat verilib.
“XİN başçısı Tehrana gəlib. Səfər çərçivəsində Bayramov İran prezidenti Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Zərif və digər rəsmi şəxslərlə görüşlər keçirəcək”, - nazirlikdən qeyd ediblər.
Görüşlərdə Azərbaycan-İran əlaqələrinin inkişafı perspektivi və regionda təhlükəsizlik məsələləri müzakirə ediləcək. **
R.Əhmədov