"Aztelekom" MMC ayrılmış xəttin çəkilməsinə 650 min manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, "Aztelekom" “Azrabitə Servis” MMC ilə müvafiq müqavilə imzalayıb.
Müqavilənin dəyəri - 646 min 1,97 manatdır.
“Aztelekom” MMC 1992-ci ilin avqust ayında yaradılıb və tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsini birləşdirir. Birlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxildir.**
N.Abbasova