"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti dörd su kanalının yenidən qurulması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına dair 4 milyon 219,999 min manat ümumi məbləğdə bir neçə müqavilə imzalayıb.
www.etender.gov.az saytının məlumatına görə, “Kəmalə-A Firması” şirkəti ilə Qızılarx kanalının yenidən qurulması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanmasına dair müqavilə imzalanıb. Müqavilənin dəyəri – 1 milyon 890 min manatdır.
"Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi" MMC ilə Yuxarı Zeyxur kanalının yenidən qurulması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanmasına dair müqavilə imzalanıb. Müqavilənin dəyəri –980 min manatdır.
Su Təsərrüfati Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu ilə Tərtərçay Sol Sahil və Xanarx kanallarının yenidən qurulması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanmasına dair müqavilə imzalanıb. Müqavilənin dəyəri - 1 milyon 349,999 min manatdır. **
B.Rüstəmbəyov