Azərbaycan və Rusiya iş adamları arasında işgüzar münasibətlərin təşkili məqsədilə Rusiyanın regionları çox vacibdir. Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
“Azərbaycan və Rusiya arasında əlaqələrin təşkili məsələsində regional forumlar xüsusi önəm kəsb edir. Gələn il Rusiyada tədbirin keçirilməsi planlaşdırılır. Bu, Rusiyanın regionlarına Azərbaycanla birbaşa əlaqələr qurmağa imkan yaradır, çünki Rusiyada iri, iqtisadi regionlar var. Beləliklə, iki ölkənin ticari-təsərrüfat subyektləri, təşkilatlar, zavodlar, fabriklər, iş adamları arasında münasibətləri genişləndirmək vacibdir”, - Bülbüloğlu “Azərbaycan-Rusiya: İqtisadi diplomatiya və tərəfdaşlıq strategiyası” forumunda çıxışında bildirib.
Səfir qeyd edib ki, bu forum “iqtisadi əlaqələrin inkişafı üçün səmərəli və faydalı meydança olacaq”.
Eyni zamanda, o vurğulayıb ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi regionda yeni imkanların yaradılması üçün mühüm addımdır. “Biz işğal altında olan torpaqları azad etdik və bu gün nəinki Azərbaycan üçün, həm də bütün region üçün yeni səhifə başlanır. Bizim prezidentimiz İlham Əliyev artıq bir neçə dəfə çıxışı zamanı qeyd edib ki, bu hadisə bütün regionun inkişafı üçün böyük imkanlar pəncərəsi açır. Əgər qonşularımız müdrik davranıb normal iqtisadi əlaqələrin qurulması yolunu tutarlarsa, bu əlbəttə ki, bütün region üçün böyük fayda olacaq”, - səfir bildirib. **
X.Nəsirzadə