Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Ermənistanın Dağlıq Qarabağ münaqişəsi zonasında Azərbaycana qarşı əcnəbi terrorçulardan istifadəsinə dair hesabatı BMT-nin Baş katibiAntonio Quterreşə təqdim edib.
Hesabatda vurğulanır ki, Ermənistan Yaxın Şərq ölkələri – İraq, Livan və Suriyadan olan terrorçuları Qarabağda istifadə edib. Həmin şəxslər PKK və ASALA terror təşkilatlarının təlim düşərgələrində təlimatlandırılıblar.
“Bütövlükdə, hesabatda əcnəbi terrorçuların sayı, həmçinin muzdlu döyüşlərə verilən məvacib, onların adları və digər məlumatlar yer alıb. Bütün bu məlumatlar kəşfiyyat məlumatlarına əsaslanır”, - mənbə qeyd edib. **
R.Əhmədov