Azərbaycanda koronavirus infeksiyasına daha 4 403 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 158,555 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib, ölənlərin ümumi sayı 1 755 nəfərə çatıb.
Virusa yoluxmuş 96 min 330 nəfər (sutka ərzində +2 919) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 60 min 470 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 066, ötən müddət ərzində isə ümumilikdə 1 milyon 884,578 min test aparılıb.**
N.Abbasova