Azərbaycan və Rusiya universitetlər səviyyəsində turizm sahəsində əməkdaşlıq təşkil edə bilər. Bu barədə Rusiyanın Turizmin İnkişafı Mərkəzinin baş direktoru Nadejda Jilkina bəyan edib.
“Əməkdaşlığa gəlincə, bu sahədə Rusiyada çox sayda ali məktəb var, xüsusilə, Rusiya Dövlət Turizm və Servis Universiteti. Bu, ikili diplom, Azərbaycan tərəfinin Rusiyada təcrübə keçməsi və əksinə ola bilər, çünki Azərbaycanda iri və maraqlı obyektlərdə yüksək servis səviyyəsi mövcuddur”, - Jilkina “Azərbaycan-Rusiya: İqtisadi diplomatiya
“Xəzəryanı əməkdaşlığı ayrıca qeyd etmək istərdim. Əvvəl Xəzəryanı ölkələr üzrə mümkün kruizlər barədə söz açılırdı. Bu, məhz beynəlxalq turizm üçün iri, əlamətdar, infrastruktur, dövlətlərarası layihə ola bilər, çünki kruzilər dünyada çox populyar səyahət növüdür. Burada qastronomiyaya qərq olmaq, mədəniyyət, ənənələrlə tanış olmaq mümkündür. Həm Rusiya, həm də Azərbaycanın iri turoperatorları ilə ikitərəfli turizm məhsulu, informasiya turları və reklam, o cümlədən KİV üzrə qarşılıqlı əlaqələr qurmaq olar”, - Jilkina vurğulayıb. **
X.Nəsirzadə