2020-ci ilin oktyabr ayında Azərbaycanda karantin və koronavirus pandemiyası şəraitində həkimlərə və tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq 13,5 milyon manat ($7,9 milyon) müddətli əlavə ödənilib. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidməti məlumat verir.
“9,405 nəfər tibb işçisinə, 2,369 nəfər qeyri-tibb işçisinə iyun ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib. Belə ki, Bakı şəhəri üzrə 29, respublikanın digər şəhər və rayonları üzrə 96 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə oktyabr ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 13,5 milyon manat müddətli əlavə ödənilib”, - məlumatda qeyd olunur.
Bildirilir ki, müddətli əlavələr aşağıdakı qaydada ödənilib:
- tibbi profilaktik tədbirləri həyata keçirən 2,093 min nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 1,7 milyon manat ödənilib.
- təcili tibbi yardım xidməti göstərən 3,765 min nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 344 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 5,8 milyon manat ödənilib.
- pasiyentlərə stasionar tibbi xidmət göstərən 3,203 min nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 4,1 milyon manat ödənilib.
- 2,369 nəfər qeyri-tibb işçisinə 3-5 misli məbləğində 1,9 milyon manat müddətli əlavə verilib.
Məlumata əsasən, mart ayı üzrə agentlik tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 21634 tibb işçisinə, 2386 qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat, aprel ayı üzrə isə 10354 tibb işçisinə, 2 734 qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 13.9 milyon manat, may ayı üzrə 8376 tibb işçisinə, 2 476 qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq, iyunda 11667 qeyri-tibb işçisinə, 3029 qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 18 milyon manat, iyulda 12756 qeyri-tibb işçisinə, 3049 qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 20 milyon manat, avqustda 11424 qeyri-tibb işçisinə, 2667 qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 17,2 milyon manat, sentyabrda 946 qeyri-tibb işçisinə, 2514 qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 13,8 milyon manat müddətli əlavə ödənilib.
Beləliklə, mart-oktyabr aylarında bu məqsədlərə 121,8 milyon manat ($71,6 milyon) yönəldilib.**
X.Nəsirzadə